Oqtay Kazımi adına Astara şəhər Uşaq Musiqi məktəbinin kollektivi 44 günlük vətən müharibəsində şəhid olmuş Nurlan Rəhimovun doğum günü ərəfəsində şəhidin ailəsini ziyarət etmiş, şəhidin məktəbin 1-ci sinfində təhsil alan qızı Səidə Rəhimliyə məktəbin kollektivi adından alınmış fortepiano aləti hədiyyə etmişlər.

Şəhidin həyat yoldaşı Səbinə Rəhimova ailələrinə göstərilən diqqət və qayğıya görə məktəbin direktor vəzifəsini icra edən Leyla İskəndərovaya və müəllim kollektivinə öz minnətdarlıq və təşəkkürünü bildirmişdir.

Şəhid Nurlan Rəhimov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olan Rəhimov Nurlan Əlövsət oğlu ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqləndiyinə görə” medalları ilə təltif edilib.