Bakı şəhərindəAzərbaycan Boks Federasiyasının idman zalında Boksüzrə 14-16 yaşlı yeniyetmələr arasında Azərbaycanbirinciliyi keçirilmişdir.Yarışda Astara rayon komandası Astara Boks Mərkəzinin direktoru, Boks üzrə məşqçi müəllim Ayaz Baxşıyevin və Astara Uşaq Gənclər İdman –Şahmat Məktəbinin dərs hissə müdiri, Boks üzrə məşqçi müəllim Cəbrayıl Məmmədovun rəhbərliyi iləiştirak etmişdir.
Komandamızın idmançısı Bilalhəbəşi Nəzərov(46 kq) yarışda qızıl medal qazanmış və yarışın “Ən yaxçı boksçu” adına layiq görülmüşdür. Komandamızın digər üzvü Əli Məmmədov (44 kq) gümüş medal qazanmışdır.
Qeyd edək ki, idmançılar Astara Boks Mərkəzinin Boks üzrə üzrə məşqçi müəllimlər Ayaz Baxşıyevin və Hünər Süleymanovun yetirmələridir.
Həmyerlilərimiizi təbrik edir və yeni zirvələr fəth etməyi arzulayırıq.