Astara rayon Gənclər və İdman İdarəsində Boks üzrə üzrə yeniyetmələrarasında(14-16 yaş) Azərbaycan birinciliyində uğur qazanmış astaralı boksçular onlarınşqçiləri ilə Astara RGİİ rəisi vəzifəsini icra edən Rufan Şirinov arasında  görüş keçirilmişdir.Görüşdə komanda üzvləri qələbə münasibətilə təbrik edilmiş, onlara yeni uğurlar arzulanmış və mükafatlandırılmışlar.

   Qeyd edək ki, 20-27 noyabr 2022-ci il tarix Bakışəhərində Azərbaycan Boks Federasiyasının idman zalında Boks üzrə 14-16 yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilmişdir.

   Komandamızın idmançısı Bilalhəbəşi Nəzərov (46 kq) yarışda qızıl medal qazanmış yarışın “Ən yaxşı boksçu” adına layiq görülmüşdür. Komandamızın digər üzvü Əli Məmmədov (44 kq) gümüş medal qazanmışdır.

   Qeyd edək ki, idmançılar Astara Boks Mərkəzinin Boks üzrə  üzrə məşqçi müəllimləri  Ayaz Baxşıyevin  və Hünər Süleymanovun yetirmələridir.

  Həmyerlilərimiizi təbrik edir və yeni zirvələr fəth etməyi arzulayırıq.