Bakı şəhəri Abşeron Olimpiya İdman Kompleksində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin , Azərbaycan  Savat Federasiyasının və Şuşa İdman Klubunun birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq Savat (Fransız boksu) üzrə  Bakı şəhərinin açıq turnirində Astara rayon komandası iştirak etmiş və yüksək nailiyyətlər qazanmışdır.

  Yarışda Astara rayon komandası Savat Federasiyasının nəzdində “Astara Aslan” Əlbəyaxa Döyüş İdman Klubunun direktoru, III Dan Qara kəmər ustası  Zamin Baxşıyevin rəhbərliyi ilə iştirak etmiş və fəxri yerlər qazanmışlar.

  Savat Kombat versiyasında astaralı idmançılardanSəmədzadə Səbinə (37 kq, 2010) I yeri, Zeynalov Ümüd  ( 46 kq, 2009) I yeri, Əskərov Allahverdi ( 54 kq, 2006) II yeri , Babayev Renat (63 kq, 2012) III yeri, İbadov Ramin ( 43 kq, 2009) III yeri qazanmışlar.