Astara Uşaq Gənclər İdman-Şahmat
Məktəbində Astara Rayon Gənclər və İdman İdarəsinin, Astara Uşaq Gənclər İdman-
Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunmuş kişilər arasında
Şahmat üzrə Astara rayon turniri keçirilmişdir. Turnirdə Astara rayonun müxtəlif
ərazilərinin əhatə edən böyük yaşlı kişi şahmatçılar yarışların dairəvi sistemi üzrə
mübarizə aparmışlar.
Yarışın açılış mərasimində Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbinin
direktoru, Beynəlxalq dərəcəli hakim Azər İbrahimov, Astara Rayon Gənclər və
İdman İdarəsinin aparıcı məsləhətçisi Ələskər Əskərov çıxış etmişlər. Çıxışlarda
Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili”nin elan olunmasının və Şahmat
idman oyunun geniş təbliğinin əhəmiyyəti vurğulanmış və yarış iştirakçılarına uğurlar
arzulanmışdır.
Turnirdə I yerə 8 xalla Əliyev Məmmədşah (Astara şəhəri), II yerə 7 xalla Məcidov
Eldəniz (Pensər kəndi) , III yerə 6 xalla Babayev Çingiz (Şüvi kəndi) layiq
görülmüşlər..
Fəxri yerləri qazanan komandalara və fərqlənən şahmatçılara Astara RGİİ-nin
rəisi Rufan Şirinov tərəfindən Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları
və hədiyyələri təqdim edilmişdir.
Yekunda xatirə şəkilləri şəkilmişdir.