“Müasir gənclik, İngilis dili və dünyaya
inteqrasiya” və “Kompyuter texnologiyası və internetin əsasları” mövzularında Astara
rayon Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən “Altay” Gənclərin
İntellektual-İnnovasiya Klubunun təlim tədris kursları həftənin I, II, III və IV günlər
(ingilis dili) , V və VI (kompyuter) təlim tədris kursları keçirilmışdır. Burada
gənclərimiz dünyada ən geniş yayılmış dillərdən birini-ingilis dilini mənimsəyirlər və
komyuter texnolojiyas və internetin əsaslarına yiyələnirlər. Onlar ingilis dilini və
kompyuter texnolojiyalarını öyrənməklə təhsil səviyyələrini, dünyagörüşlərini,
məlumatlılığlarını artırmaq, gələcəkdə hərtərəfli inkişaf etmiş gənc kimi ölkəmizin
layiqli vətəndaşları olmaq potensiallarını gücləndirirlər. Bu işdə onlara dəstək olan
müəllimlər Şəfa Mirzəzadə və Ceyhun Mirzəzadə məqsədyönlü və səmərəli fəaliyyət
göstərir.
“Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunun “Müasir gənclik,İngilis dili
və dünyaya inteqrasiya” təlim-tədris kursunun şagirdlərindən Məmmədzadə Fatimə ,
Məmmədova Aydan , İsmayılova Fatimə , Kərimli Aysun , Əhədzadə Fərzulla ,
Dadaşzadə Asiman , Şirinbəyzadə Fidan , Höccətov Kənan , Əliyev İgid , Həmidli
Mirhüseyn, Nəsirov Əli , Hacıyev İbrahim kurslarda yüksək nəticələrlə təhsil almışlar.
“Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunun “Kompyuter texnologiyası və
internetin əsasları” təlim-tədris kursunun şagirdlərindən Arzu Novruzova, Aygün
mirzəyeva, Aynur Əsgərova, Əli Axundov, Əli Həsənov, Əlivəfa Əsədullazadə,
Fatimə vəliyevə, Fərqanə Həsənova, Firəngiz Məmmədova, Hacər Məmmədzadə,
Mehrac Salmanova, Şahnaz Hacıyeva, Samir Xankişiyev, Sevinc İsayeva, Şəfiqə
nəhmətova, Sumayə Kərimzadə, Surac Abbaszadə, Xədicə Rəhmanova, Zibər
Yusifova kursları müvəffəqiyətlə başa vurmuşlar.
Qeyd etmək lazımdır ki,, “Altay” Gənclərin İntellektual-İnnovasiya klubu
yarandığı 2016-cı ildən bu günədək “Kompyuter texnologiyası və internetin əsasları”
və “Müasir gənclik,İngilis dili və dünyaya inteqrasiya” təlim-tədris kurslarında müvafiq
olaraq 279 nəfər və 99 nəfər təhsil almışdır. 2022-ci ildə kurslarda 36 nəfər gənc
komyuter texnologiyası və 18 nəfər gənc ingilis dili üzrə təhsil almışdır.
Gənc nəslin təlim tədrisində göstərdikləri fədakar əməyə görə müəllimlərə və təhsil
alan şagirdlərə fəaliyyətlərində və həyatlarında uğurlar arzulayırıq.