Astara rayonun Siyəku kənd sakini ehtiyatda olan mayor rütbəsində sərhədçi zabit Əhədov Eldar Zeynulla oğlunun təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qubadlı rayon ərazilərindəki hərbi hissələr üçün 500 kq mandarin Yeni il ərafəsində sovqat olaraq Cəbrayıl rayon ərazisindəki rbi hissəyə təhvil verilmişdir.

   Qeyd edək ki, Dövlət Sərhəd Xidmətində 25 ildən artıq xidmət etmiş  Eldar Əhədov Vətən müharibəsi dövründə yüksək vətənpərvərlik nümunəsi göstərərək rəhbərlik etdiyi Şəhid Pəncəli Teymurov adına  Boks Məktəbinin idmançıları, onların valideynləri, qonşu kənd ərazisində yaşayan sakinlər və ayrı-ayrı vətəndaşların cəlb etməklə cəbhəyə mənəvi və maddi yardım kompaniyasına da rəhbərlik etmişdir.Hazırda da Eldar Əhədov tərəfindən Silahlı Qüvvələrə yardım kompaniyası müntəzəm olaraq təşkil olunur.  Eldar Əhədov eləcə də gənclər arasında Boks  idman növünün  inkişafı, təbliğ  edilməsi,  vətənpərvərlik tərbiyəsinin aşılanması, orduya sağlam gənclərin hazırlanması və asudə vaxtın səmərəli təşkili məqsədilə ictimai əsaslarla təlim məşqlərini daima davam etdirir. Boks üzrə SSRİ idman ustası(1991), 2016-2022-ci illərdə Şəhid Pəncəli Teymurov adına  Boks Məktəbinin direktoru, Astara RGİİ-nin 2017-2022–ci illər ərzində Boks idman növü üzrə ictimai əsaslarla məşqçi müəllim işləyən Əhədov Eldar Zeynulla oğlunun hazırladığı yeniyetmə və gənclər respublika və beynəlxalq yarışlarda  ən yüksək nəticələr qazanmışlar.

     Eldar Əhədovun vətənpərvərlik və yüksək vətəndaşlıq hərəkətləri Astara Rayon İcra HakimiyyətiAstara Rayon Gənclər və İdman İdarəsi tərəfindən də daima dəstəklənir və təbliğ olunur.