Astara rayon Mədəniyyət Mərkəzində Azərbaycanın ilk rok opera müəllifi kimi musiqi tariximizə adını yazdıran Azərbaycan Respublikasının xalq artisti, görkəmli bəstəkar Oqtay Kazıminin anadan olmasının 90 illiyi münasibəti ilə tədbir keçirilmişdir. Unudulmaz bəstəkarın yaxın qohumlarının iştirak etdiyi tədbirdə bəstəkarın həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilmiş, bəstəkarın dillər əzbəri olan mahnıları rayon Mədəniyyət Mərkəzinin Sevinc Xalq kollektivinin müşayəti ilə səsləndirilmişdir.
Tədbirdə O.Kazıminin uşaqlıq dostu olmuş Əməkdar müəllim Heybət Hüseynov iştirak edərək bəstəkarın uşaqlıq və gənclik illərinin xoş xatirələrindən danışdı. Bəstəkarın ailə üzvləri adından bacısı Təyyarə xanım dəvətə və qardaşının xatirəsinə həsr edilmiş rayonda keçirilən tədbirlərə görə minnətdarlığını bildirmişdir. Lənkəran Regional Mədəniyyət İdarəsinin adından İdarənin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Ş.Bayramov çıxış edərək O.Kazıminin təkrarsız, həmişəyaşar mahnıları ilə qəlblərdə yaşayacağını bildirmiş və tədbirə gələn qonaqlara təşəkkürünü bildirmişlər.
Tədbirdə Astara rayon İcra Hakimiyyəti başçısının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova iştirak etmişdir.