Astara Gənclər Evində Astara rayon idmançılarının mükafatlandırma mərasimi keçirilmişdir.

      Tədbiri giriş sözü ilə Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov açıq elan etmişdir. Rufan Şirinov  2022-ci il il ərzində Astara rayon idmançılarının respublika və beynəlxalq yarışlarda uğurları, rayonda və respublikada idmana qayğı, keçirilən yarışlar, idmanın maddi-texniki bazasının gücləndirilməsi barədə məlumat vermiş və yüksək nəticə qazanan idmançılar və onların məşqçilərini təbrik etmişdir.

    Sonra Astara RİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova çıxışında bədən tərbiyəsi və idmanın gənc nəslin sağlamlığının qorunması və fiziki cəhətdən inkişafına böyük töhfə verdiyini vurğulamış, idmançıları qazanılan uğurlara görə təbrik etmişdir.

    Astara rayon Gənclər və İdman İdarəsinin 2022-ci il ərzində ayrı-ayrı idman növləri üzrə 10 ən yaxşı idmançını təyin etmişdir:

    Sərbəst güləş üzrə Heybətov Ramiq Elşən oğlu (Sərbəst güləş üzrə U-20 Avropa çempionatı (Roma şəhəri, İtaliya, 1-4.07.2022) 61 kq çəkidə  bürünc medal, Sərbəst güləş üzrə gənclər (U-20) Azərbaycan çempionatı (Bakı, 7-10.02.2022), 61 kq çəkidə qızıl medal, Sərbəst güləş üzrə gənclər(U-20) arasında “12 fevral” Beynəlxalq turniri (Kahramanmaraş şəhəri,Türkiyə, 4-5.04.2022), 61 kq çəkidə gümüş medal , Boks  üzrə Bilalhəbəşi Nəzərov Ramil oğlu (Yeniyetmə boksçular arasında  Millətlər kuboku yarışı (11-15.08.2022, Vrbas şəhəri , Serbiya ), 46 kq, qızıl medal, Boks üzrə

                     

yeniyetmələr arasında (15-16 yaş)     Azərbaycan  birinciliyi (7-13 mart 2022, Bakı şəhəri), 44 kq, qızıl medal, Boks üzrə 14-16 yaşlı yeniyetmə oğlanlar arasında  Azərbaycan birinciliyi ( 20-27.11. 2022 , Bakı şəhəri) ,  46 kq, qızıl medal, Atletika üzrə Məmmədov Rüfət Seymur oğlu ( Atletika üzrə 2007-2008-ci il təvəllüdlü yeniyetmələr arasında   ölkə yay birinciliyi (16-17.06.2022,    Bakı şəhəri) 100 metr   məsafəyə  qaçış, qızıl medal ,Atletika idman növünün kross qaçışı üzrə keçirilən ölkə payız   çempionatında (15-16.10.2022, Xaçmaz rayonu), 2 km  məsafəyə qaçış, III yer, Şəhid Arif Qeybiyevin xatirəsinə həsr olunmuş 2007- 2008-ci illər  arasında   şosse qaçışı üzrə II ölkə yarış ( 29- 30.09.2022, Astara şəhəri) 500 metr məsafəyə   qaçış,III yer, “Be Active” devizi ilə “Avropa idman həftəsi”çərçivəsində məktəb şagirdləri   arasında Atletika yarışı (29.10.2022,Lənkaran şəhəri ) 100 metr qaçış, I yer,Kontakt Karate üzrə Məmmədov Namik Seymur oğlu (Fullkontakt kyokuşin karate üzrə (2007-ci illər) Azərbaycan çempionatı (23-24.04.22,Bakı şəhəri) 45 kq,III yer, Kontakt Karate üzrə uşaqlar (8-9, 10-11 yaş), yeniyetmələr (12-13,14-15 yaş), gənclər(16-18 yaş) və böyüklər(18 yaşdan yuxarı) arasında Bakı şəhərində keçirilən XXVII açıq Respublika çempionatı (21-22.05.22, Bakı şəhəri) 45 kq, II yer, Şərq Əlbəyaxa Döyüş Növləri Festivalında Kyokusin və Contakt karate versiyaları üzrə (21-23.10.22, Bakı şəhəri), 45 kq, I yer, Savat (Fransız boksu) Zeynalov Ümüd Şamil oğlu (Savat (Fransız boksu) idman növü üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan çempionatı (28-29.05.22, Bakı şəhəri), 2009-cu illər, 44 kq, II yer, Şərq Əlbəyaxa Döyüş Növləri Festivalında Kyokusin və Contakt karate versiyaları üzrə (21-23.10.22, Bakı şəhəri), 45 kq, II yer,Şəhid polkovnik-leytenant Nail Orucovun xatirəsinə həsr olunmuş Kontakt Karate üzrə uşaqlar, gənclər və yeniyetmələr arasında  açıq cənub turniri (27.11.2022, Astara şəhəri), 45 kq, I yer,Voleybol üzrə İbrahimov Elvin Afət oğlu( “Be Active” devizi ilə “Avropa idman həftəsi” çərçivəsində Lənkaran şəhərində keçirilən 30 yaşdan yuxarı kişilər arasında Voleybol üzrə yarışlar (29.10.2022,Lənkaran şəhəri)   Astara rayon komandasının kapitanı, III yer, Futbol üzrə Axundzadə Məhəmməd Əfqan oğlu (“Be Active” devizi ilə “Avropa idman həftəsi” çərçivəsində Lənkaran şəhərində keçirilən Futbol üzrə yarışlar (30.10.2022,Lənkaran şəhəri)   Astara rayon komandasının kapitanı, I yer), Savat  üzrə Səmədzadə Səbinə Aqşin qızı- Savat (Fransız boksu) idman növü üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan çempionatı (28-29.05.22,Bakı şəhəri), 2009-cu illər, 34 kq, I yer, Şərq Əlbəyaxa Döyüş Növləri Festivalında Kyokusin və Contakt karate versiyaları üzrə (21-23.10.22, Bakı şəhəri), 40 kq, II yer, Şəhid polkovnik-leytenant Nail Orucovun xatirəsinə həsr olunmuş Kontakt Karate üzrə uşaqlar, gənclər və yeniyetmələr arasında  açıq cənub turniri (27. 11. 2022, Astara şəhəri), 37 kq, I yer, Atletika üzrə Mirzəyeva Sonaxanım Xaqani qızı (“Be Active” devizi ilə “Avropa idman həftəsi” çərçivəsində məktəb şagirdləri  (qızlar) arasında Atletika yarışı ( 29.10.2022, Lənkaran şəhəri ) 100 metr qaçış, I yer , “Be Active” devizi ilə “Avropa idman həftəsi” çərçivəsində məktəb şagirdləri  (qızlar) arasında uzununa tullanma yarışı (29.10.2022, Lənkaran şəhəri ), I yer, Sərbəst güləş İsmayılova Məryəm Maşallah qızı (Xalq pəhləvanə Yaşar Əhmədovun xatirəsinə həsr olunmuş azyaşlı yeniyetmələr arasında  sərbəst güləş üzrə VII Respublika turniri (Salyan rayonu , 11.12.2022), 26 kq, II yer, Sərbəst güləş üzrə azyaşlı yeniyetmələr arasında  Abşeron rayonun açıq birinciliyi (Abşeron rayonu , 11.09.2022) , 29 kq, III yer, Beş dəfə Astara rayonun açıq birinciiyi, xatirə turniri və yoldaşlıq görüşünün qalibi (Astara rayonu, 2022), 26 kq və 29 kq çəkilərdə).

     2022-ci ilin Astara rayonu üzrə “Ən yaxşı idmançıları”na  Astara RGİİ-nin diplom və hədiyyələrini Astara RİH başçısının müavini , ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, Astara RGİİ-nin rəisi Rufan Şirinov  və tədbirdə iştirak edən məşqçilər təqdim etmişlər.

     Tədbirdə məşqçilər Nizami Axundov, Azər Ağazadə, Rəşad Əliyev, Loğman Ağayev, Zamin Baxşıyev, Qəhrəman Mirzəyev, Ramiq Rəhmanov , idmançılar , idarə əməkdaşları iştirak etmişlər.