Ukrayna ordusunun Donetsk vilayətinin Makeyevka şəhərində Rusiya hərbçilərinin yerləşdiyi əraziyə HIMARS reaktiv yaylım atəş sistemi ilə zərbə endirməsi nəticəsində 63 rusiyalı hərbçi ölüb.
Astarainfo.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bölgəyə 6 raket atılıb, onlardan ikisi Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.