Xəbər verdiyimiz kimi, Gənclər və İdman Nazirliyi dekabrın 24-dən 26-dək “Birlikdə üzək” adlı üzgüçülük yarışı keçirib. Ölkə üzrə eyni vaxtda 30 idman kompleksində keçirilən yarışlarda ümumilikdə 3 gün ərzində 1155 iştirakçı üzüb. Qeyd edək ki, ölkəmizin 30 idman kompleksində eyni vaxtda başlanan yarış canlı olaraq izlənilib.

      Yanvarın 5-də Astara Olimpiya İdman Kompleksində “Birlikdə üzək” şüarı altında keçirilən açıq üzgüçülük yarışının yüksək nəticə göstərmiş qaliblərinin təltif edilməsi həyata keçirilmişdir. 30 dəqiqə ərzində ən uzun məsafəyə üzən iştirakçılar (hər yaş qrupu üzrə ilk 3 yeri tutanlar) qalib elan ediliblər.Təltifetmə zamanı qaliblərə medal və sertifikat təqdim olunmuşdur.