Astara rayon Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunda təlim tədris kurslarını bitirən gənclərə sertifikatların təqdim olunma mərasimi keşirilmişdir. Klubun nəzdində “Kompyuter texnologiyası və internetin əsasları” təlimtədris kurslarını 14 nəfər gənc müvəffəqiyyətlə başa vurmuşdur.

      Tədbirin açılış mərasimində Astara RGİİ-nin rəisi Rufan Şirinov ,“Altay” Gənclərin İntellektual-İnnovasiyaKlubunun sədri Ceyhun Mirzəzadə çıxış etmişlər. Onlar kursu bitirən   gəncləribrik etmuş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamış və sertifikatları təqdim etmişlər

      “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunun “Kompyuter texnologiyası və internetin əsasları” təlim-tədris kursunun şagirdlərindən Əlizadə Aynur Teymur qızı, Cəfərova Ülkər Baldadaş qızı, Mürsəlova SədayəXansuvar qızı, Əliyeva Dünya Fəraim qızı, Səmədov Ağababa Rafiq oğlu, Məmmədov Məhəmməd Tural oğlu, Allahyarov Rəşid Tahir oğlu, Sabirzadə Nur Zəfər qızı, Rzayeva Suğra Cavanşir qızı, Məlikzadə Aydan Elvin qızı, Sarıyev Surac Yadigar oğlu, Əhmədova Çiçək Emil qızı, İskəndərli Zeynəb Cavad qızı və Məmmədova Vüsalə Fəxrəddin qızı kursları müvəffəqiyətlə başa vurduqlarına görə onlara sertifikatlar təqdim olunmuşdur.

      Qeyd etmək lazımdır ki, “Altay” Gənclərin İntellektual-İnnovasiya klubu   yarandığı 2016-cı ildən bu günədək “Kompyuter texnologiyası və internetin əsasları” və “Müasir gənclik,İngilis dili və dünyaya inteqrasiya” təlim-tədris kurslarında müvafiq olaraq 279nəfər və 99 nəfər təhsil almışdır. 2022-ci ildə kurslarda  36 nəfər gənc komyuter texnologiyası və 18 nəfər gənc ingilis dili üzrə  təhsil almış və təhsilini davam etdirir.Kurslarda gənclər ən vacib olan biliklər- informasiya texnologiyaları ilə işləməyi öyrənir və  ingilis dilini mənimsəyirlər. Bu işdə onlara dəstək olan  müəllimlər Ceyhun Mirzəzadə Şəfa Mirzəzadə məqsədyönlü və səmərəli fəaliyyət göstərir.                

    Tədbir çay stolu və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşmışdır.

   Kursları bitirən gənclərə və fədakar əməyə görə müəllimlərə fəaliyyətlərində və həyatlarında  uğurlar arzulayırıq.