Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, Rusiya hərbi birləşmələri Soledarı ələ keçirmək üçün şəhərə güclü hücuma keçiblər.
Astarainfo.az xəbər verir ki, bu barədə Anna Malyar Teleqramda bildirib.
“İndi düşmən vaqnerlilərin ən yaxşı ehtiyatlarından qurulmuş çoxlu sayda hücum qrupları yerləşdirib. Düşmən kütləvi şəkildə artilleriya, çoxsaylı reaktiv yaylım atəşi sistemləri və minaatanlardan istifadə edərək, hətta öz əsgərlərinin cəsədləri üzərindən adlayaraq irəliləyir. Mübarizə davam edir”, – deyə o qeyd edib.