“İlk növbədə vəziyyəti daha da çıxılmaz hala salan siyasi bəyanatlardan çəkinmək lazımdır, çünki son nöqtəyə çatmaq haqqında aydın fikirlərlə müşayiət olunmayan bəyanatlar heç bir fayda gətirmir”.

Astarainfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün hökumətin iclasında deyib.
“Azərbaycanla Dağlıq Qarabağ (Qarabağdakı qondarma rejim – red.) arasında siyasi söhbət başlamalı və Qarabağdakı həmkarlarımız onları konstruktiv söhbəti pozmaqda və ya belə bir söhbəti qeyri-mümkün etməkdə ittiham edənlərə əsas verməməlidir”, – o bildirib.