Astara Boks Mərkəzində Astara rayon Gənclər və idman İdarəsi, Astara Boks Mərkəzi ilə birgə Şəhidlərin xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında Boks üzrə klublararası yoldaşlıq görüşü keçirmişdir.

    Tədbirin açılış mərasimində Astara RGİİ-nin aparıcı məsləhətçisi Ələskər Əskərov və Astara Boks Mərkəzinin məşqçisi Ayaz Baxşıyev çıxış etmişlər.

   Yoldaşlıq görüşündə Astara , Biləsuvar , Cəlilabad, Lənkaran rayon komandalarını təmsil edən 90 nəfər idmançı mübarizə aparmışdır.

     Ayrı-ayrı çəkilərdə fərqlənən idmançılar Astara RGİİ-nin diplomları ilə təltif olunmuşlar. Astara rayon komandası ümumi komanda hesabında I yeri qazanmışdır