Avropa ABŞ olmadan yeni hərbi ittifaq yaradır.
Astarainfo.az  
xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
O, öz fərziyyəsini tarixi nümunələrlə əsaslandırıb.
“Münaqişənin uzanması halında, nə vaxtsa amerikalılardan təngə gəlmiş ölkələrdən yeni hərbi ittifaq yaranacaq”, – Medvedev Telegram kanalında yazıb.
Onun sözlərinə görə, NATO-ya üzv ölkələrin müdafiə nazirliklərinin nümayəndələrinin Almaniyanın Ramşteyn aviabazasında görüşü sübut edir ki, Qərb uzun sürən qarşıdurmaya hazırlaşır.