Astara Gənclər Evində Astara rayon Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin birgə təşkilatçılığı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Heydər Əliyev – 100” adlı intellektual yarışı keçirilmişdir.

    Yarışda “Zirvə” (Astara Pedoqoji Kollecinin Tələbə Gənclər Təşkilatı),                        ”Zəfər (Peşə Təmayüllü Siniflər),  Xəmsə (GİKM-in Astara nümayəndəliyinin könüllüləri) və Güvən (Astara Hazırlıq Mərkəzi) komandaları iştirak etmişlər.

       I yerə Xəmsə (GİKM-in Astara nümayəndəliyinin könüllüləri) komandası layiq görülmüşdür.

       Yarışda qalib və fərqlənən komandalara Astara RGİİ və GİKM-in Astara nümayəndəliyinin diplom və hədiyyələri ilə mükafatlanmışlar.