Astara Gənclər Evində Astara rayon Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin birgə təşkilatçılığı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Heydər Əliyev – 100” adlı intellektual yarışı keçirilmişdir.
Yarışda “Zirvə” (Astara Pedoqoji Kollecinin Tələbə Gənclər Təşkilatı), ”Zəfər” (Peşə Təmayüllü Siniflər), ”Xəmsə” (GİKM-in Astara nümayəndəliyinin könüllüləri) və ”Güvən” (Astara Hazırlıq Mərkəzi) komandaları iştirak etmişlər.
I yerə ”Xəmsə” (GİKM-in Astara nümayəndəliyinin könüllüləri) komandası layiq görülmüşdür.
Yarışda qalib və fərqlənən komandalara Astara RGİİ və GİKM-in Astara nümayəndəliyinin diplom və hədiyyələri ilə mükafatlanmışlar.