Astara Heydər Əliyev Mərkəzində Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) dəstəyi ilə dövlət sahibkar platforması çərçivəsində Kiçik və Orta Biznesin İnkişaf Agentliyi Lənkaran Regional Koordinatorluğunun Astara KOB Dostu, Astara RİH, Sahibkarlığın İnkişaf Fondu,  Astara Rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişafı vəKaryera Mərkəzinin Astara rayon nümayəndəliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi , Dövlət Məşğulluq Agentliyinin Astara rayon filialı ilə birgə “Gənclər arasında sahibkarlıq fəaliyyətiniun təşviqi ilə bağlı   görüş” mövzusunda gənclərlə maarifləndirmə tədbiri keçirilmişdir.

    dbirdə Kiçik və Orta Biznesin İnkişaf Agentliyi Lənkaran Regional Koordinatorluğunun Astara KOB Dostunin nümayəndəsi Seymur Murtuzayev, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov, Astara RİH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Şahin Musazadə, Sahibkarlığın İnkişaf Fondunun nümayəndəsi Qəzənfər Səfərxanlı,  Dövlət Məşğulluq Agentliyinin Astara rayon filialının əməkdaşı İsmət Quliyev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Afaq Kərimov, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Astara rayon nümayəndəliyinin əməkdaşı Şərqiyyə Mahmudzadə,  sahibkar Rövşən Bağırov çıxış etmişlər.

     Görüş çərçivəsində aidiyyəti dövlət qurumlarının nümayəndələri gəncləri sahibkarlıq sahəsində ölkədə həyata keçirilən və hazırda davam edən layihələr, eləcə də bu sahədə mövcud qanunvericilik və dövlət dəstəyi tədbirləri barədə məlumatlandırmışdır.Gənclərin biznes fəaliyyətlərinin təşkilində yaşanan çətinliklər vəonların aradan qaldırılması üçün təkliflər və onların aradan qaldırılması üçün təkliflər , gənclərin özünəməşğulluq layihəsinə müraciət qaydaları , peşə təhsili müəssisələrində gənclərin peşə yönümlü təhsil almaları üçün yaradılan şərait və gənc sahibkarların biznes layihələrinin maliyyələşdirilməsi və s. barədə müzakirələr aparılmışdır.

    Tədbirdə Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin, Sahibkarlığın İnkişaf Fondunun fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunmuşdur.

    Tədbir iştirakçı gənclərin sualları və nümayəndələrin cavabı ilə dialoq şəklində başa  çatmışdır

      Tədbirdə  Astara Pedoqoji Kollecinin tələbə və könüllü gəncləri, peşə təmayüllü siniflərdə təhsil alan ümumtəhsil məktəb şagirdləri, sahibkarlığa marağı olan gənclər, gənc sahibkarlarlar, əlaqadar təşkilatların nümayəndələri, 30 nəfər gənc, umumən 45 nəfər iştirak etmişdir.