Kanada dörd “Leopard 2” tankını Kiyevə təhvil verəcək.
Astarainfo.az xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Anita Anand məlumat verib.
Anandın sözlərinə görə, tankların sayı müttəfiqlərlə razılaşdırılmaqla artırıla bilər.
Xatırladaq ki, dünən Almaniya hökuməti “Leopard 2” tanklarının Ukraynaya təhvil verilməsi ilə bağlı qərar qəbul edib.