Astara rayon Gənclər və İdman İdarəsi və  Lənkaran Sərhəd Dəstəsinin birgə təşkilatçılığı ilə Astara Sərhəd Komendantlığında 2 fevral Azərbaycan gəncləri günü münasibətilə “Gənclər həftəsi” çərçivəsində sərhədçi əsgərlərlə görüş və mükafatlandırma mərasimi keçirilmişdir.

     Tədbirdə Lənkaran Sərhəd Dəstəsinin Şəxsi heyyət üzrə şöbə rəisi, polkovnik Mehman Şükürov, Astara Sərhəd Komendantının müavini, kapitan Amid Ağayev,Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov çıxış etmişlər.

     Çıxış edənlər 2 fevral Azərbaycan gəncləri günü münasibətilə hərbiçiləri təbrik etmiş, onlara xidmətlərini uğurla başa vurmağı və sonradan həyatda müvəffəqiyyətlər arzulamışlar. Çıxışlarda 1990-1993-cü illərdə Azərbaycan gənclərinin vəziyyəti, ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra gənclərə göstərilən diqqət və qayğıdan bəhs edilmiş, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması, Azərbaycan Gənclərinin I forumunun keçirilməsiAzərbaycanda Gənclər gününün təsis edilməsi və shaqqında məlumat verilmiş, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətininölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilmişdir. Ölkədə və   Astara rayonunda Gənclər siyasəti  həyata keçirilməsi sahəsində görülən işlər barədə geniş məlumat verilmişdir. 

    Sonra 2 fevral Azərbaycan gəncləri günü münasibətiilə tədbirdə dövlət sərhədlərinin etibarlı mühafizəsində fərqləndiyinə görə gənc sərhədçilər Musayev Taleh, Həsənli Kamil, Paşa Tağıyev, Musa Qocayev, Ömər Tağızadə Astara rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları təltif olunmuşlar.

     Yekunda xatirə şəkli çəkilmişdir.