Astara Heydər Əliyev Mərkəzində Astara rayon  Gənclər və İdman İdarəsi,Astara rayon Heydər Əliyev Mərkəzi, Ombudsmanın Cəlilabad Regional Mərkəzi, YAP Astara rayon Təşkilatı,Astara rayon Tarix-Diyarşünaslıq Muzeyi, Gənclərin İnkşaf və Karyera Mərkəzinin Astara nümayəndəliyi, Astara Pedaqoji Kolleci, Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbi, Astara Dövlətsm Qaleriyası, Kiçik və Orta Biznesin İnkşafı Agentliyi KOB Dostu Departamenti-Lənkəran Regional Koordinatorluğu-Astara KOB Dostununbirgə təşkilatçılığı ilə 2 fevral- Azərbaycan Gəncləri Günü münasibətilə “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan gəncliyinin banisidir mövzusunda gənclərlə görüşrəsm sərgisi keçirilmişdir.

    Tədbiri Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıq elan etmiş,  ümummilli lider Heydər Əliyevin  və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilimiş,  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

    Sonra “2 fevral gənclər günüdür” mövzusunda videoçarxnümayiş olunmuşdur.
    Tədbirdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov, Astara rayon Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımova, Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbinin direktoru Xədicə Əliyeva, Gənclərin İnkşaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin Beynəlxalq təlimçi, Layihələr və tədbirlər üzrə mütəxəssis Şərqiyyə Məmmədzadə, Astara rayon Tarix-Diyarşünaslıq Muzeyinin baş fond mühafizi Şahin Əliyev, Kiçik və Orta Biznesin İnkşafı Agentliyi (KOBİA)-da KOB dostu departamenti-Lənkəran regional koordinatorluğu-Astara KOB Dostunun nümayəndəsi Seymur Murtuzayev, YAP Astara rayon Təşkilatının aparıcı məsləhətçisi Rübabə Bağırova, ingilis dili müəllimi Babək Rzazadə və şagirdləri Əli Abdullayev, Qadir Məmmədov, APK-nin tələbələri Ramin Abdullayev, Asiman Dadaşzadə, Natəvan Poladzadə cıxış etmişdir.

      Çıxışlarda qeyd olunmuşdur ki, Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan,  onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin gənclər siyasətini davam etdirir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

      Yekunda tədbir iştirakçıları Astara  Dövlət Rəsm Qalereyasının “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxmışlar. Sərgi haqqında  Astara  Dövlət Rəsm Qalereyasının bələdçisi Ülviyyə Mirzəyeva məlumat vermişdir.