Astara Rayon Dövlət Rəsm Qalareyasında Astara rayon Gənclər və İdman İdarəsi Astara Dövlət Rəsm Qalareyasının birgə təşkilatçılğı ilə “Heydər Əliyev ili”nə həsr olunmuş 2 fevral- Azərbaycan gəncləri günü münasibətilə “Gənclər həftəsi” çərçivəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” devizi ilə yeniyetmə və gənclər arasında rəsm üzrə Astararayon  müsabiqəsi keçirilmişdir.

      Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28.11.2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planın müvafiq bəndinin yerinə yetirilməsi, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiysı”nın müvafiq bəndlərinin icrasını təmin etmək, 2 fevral- Azərbaycan gəncləri gününün qeyd edilməsi, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cu ildönümününün qeyd olunması, xatirəsinin yad edilməsi və irsinin öyrənilməsi, yeniyetmə və gənc istedadlı rəssamların üzə çıxarılması, mükafatlandırılması və asudə vaxtlarının səmərəli təşkili olmasıdır.

     Müsabiqədə rayonun ümumtəhsil məktəblərini vəAstara Dövlət Rəsm Qalareyasını təmsil edən 34 nəfər istedadlı gənc rəssamların əsərləri Münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.

  I yerə Əhədov Pərviz Emin oğlu (Artupa kənd tam orta məktəb, X sinif ), II yerə Axundzadə Əlirza Ramin oğlu ( Ərçivan qəsəbə 3 saylı tam orta məktəb, VII sinif ), III yerə Bayramov Ağahəsən Arzuman oğlu (Səncərədi kənd tam orta məktəb, VIII sinif)

layiq görülmüşlər.

     Fərqləndirici yerlərə Həbibzadə Filiz Raman qızı ( Astara şəhər 3 saylı tam orta məktəb, VIII sinif ),  Əlyeva Aysun İlham qızı (Şüvi kənd tam orta məktəb, VIII sinif ), Məstiyeva  Fatimə Elçin qızı ( Astara şəhər 5 saylı tam orta məktəb, XI sinif ), Hüseynzadə Ruhanə Dadaş qızı (Astara şəhər 5 saylı tam orta məktəb, XI sinif ), Hüseynova Arzu Nazim qızı (Astara Pedoqoji Kolleci, tələbə ) layiq görülmüşlər.

      Fəxri yerləri qazanan və fərqlənən gənclər Rayon Gənclər və İdman İdarəsinin diplomlarına layiq görülmüşlər.Mükafatları gənc rəssamlara Astara Rayon Gənclər və idman İdarəsinin rəisi Rufan Şirinov, Astara RGİİ-nin rəis müavini İqrar Cəfərov, Astara Rayon Dövlət Rəsm Qalareyasının direktoru Naibə Mustafayeva təqdim etmişlər.