Bakı şəhəri Respublika Olimpiya Mərkəzində Atletika üzrə Qış Azərbaycan birinciliyi keçirilmişdir.

   2006-2007-ci il təvəllüdlü idmançılar arasında astaralı idmançı 60 m məsafəyə  qaçışda Məmmədov Rüfət lll yerə layiq görülərək bürünc medal qazanmışdır.

   Qeyd edək ki, idmançımızın məşqçisi Astara şəhər 3 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi, veteranlar arasında 5 qat  Azərbaycan çempionu,  Beynəlxalq turnirin mükafatçısı Rəşad Əliyevdir.

   İdmançımızı və məşqçisini təbrik edir, onlara yeni nailiyyətlər arzulayırıq.