Astara Rayon Mədəniyyət Mərkəzində Astara rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Astara Rayon İcra Hakmiyyəti, Astara rayon Təhsil Sektoru, SHXÇDX Astara rayon şöbəsi, Astara rayon Polis Şöbəsi, GİKM-in Astara rayon nümayəndəliyi, Astara Dövlət Rəsm Qalareyası, APK-nin  dəstəyi ilə 2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə “Gənclər həftəsi” çərçivəsində  “Heydər Əliyev  və Azərbaycan gəncliyiadlı Astara rayon Gənclərinin Forumu keçirilmişdir.

   Forum başlamamışdan öncə Astara RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, Astara RGİİ-nin rəisi Rufan Şirinov, bir qrup dövlət qulluqçuları və fəal gənclərlə birgəAstara şəhərinin Heydər Əliyev Meydanında Heydər Əliyevin memorial heykəli önündə ümummilli lider Heydər Əliyevin xatirəsi yad  edilmişdir.

     Astara Mədəniyyət Mərkəzinin foyesində Astara Dövlət Rəsm Qalereyasının  “2 fevral  Gənclər Günü”nə həsr olunmuş, vətənprəvərlik və gənclərlə bağlı əl işlərinin sərgisi keçirilmiş , həvəskar gənc rəssamlar molbert üzərində canlı rəsmlər çəkmiş və iştirakçılar tərəfindən maraqla seyr edilmişdir.

     Tədbirdə Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov qonaqları salamlamış, Gənclər günü münasibəti itədbir iştirakçılarını təbrik etmişdir. O çıxışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28.11.2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ölkədə “Gənclər həftəsi”nin keçirilməsi barədə məlumat vermişdir. Astara RGİİ-nin rəisi Rufan Şirinov  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması, ilk gənclər forumunun keçirilməsi və gənclər günün təsis edilməsi tarixinə toxunmuşdur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gun Azərbaycan Respublikasının Prezidenti İlham Əıiyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.Daha sonra Gənclər və İdman İdarəsinin 2022-ci il ərzində həyata keçirdiyi tədbirlər barədə məlumat vermişdir.

      Tədbir açıq elan edilərək Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

    Sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

     Tədbirdə “Heydər Əliyev  və Azərbaycan gəncliyimövzusunda qısametrajlı videoçarx nümayiş olunmuşdur.

      Astara RİH başçısının müavini, İctimaisiyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova Astara Rayon İcra Hakimiyyəti başçısı Qəzənfər Ağayevin gənclərə təbrik məktubunu oxumuşdur. Sonra Firəngiz Sadıxova öz çıxışında rayon gənclərinin uğurlarını qeyd etmiş,  tövsiyyələrini söyləmiş və onlara yeni uğurlar arzulamışdır.

     SHXÇDX Astara rayon şöbəsinin rəisi , mayor Orxan   Əhmədov , Gənclərin İnkşaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin Beynəlxalq təlimçisi, Layihələr və tədbirlər üzrə mütəxəssisi Şərqiyyə Məmmədzadə, Astara raton Təhsil sektorunun müdiri Ülviyyə Əliyeva, Vətən müharibəsi veteranı Abbas İbrahimli, Kiçik və Orta Biznesin İnkşafı Agentliyi (KOBİA)-da KOB dostu departamenti-Lənkəran regional koordinatorluğu-  Astara KOB Dostunun nümayəndəsi Seymur Murtuzayev, Regional  Məşğulluq  Filalının Astara rayon xidmət şöbəsinin baş mütəxəsisi İsmət Quliyev, Vətən müharibəsi qazisi, “Azərbaycan Bayrağı” ordenli Rüfət Əsədullayev çıxış edərək gəncləri təbrik etmiş, onlara təhsillərində və kariyeralarında uğurlar arzulamış, vətənpərvər ruhda böyüməyi, xalqımızın milli-mənəvi dəyərlərinə uyğun formalaşmağı tövsiyə etmişlər.

    Tədbirdə gənc müğənni Emin Tağıyevin ifasında“Azərbaycan” mahnı və könüllü gənclərin ifasında yallırəqsi nümayiş olunmuşdur.

     Azərbaycan gənclər günü münasibətilə 5 nəfər gənc -Vətən müharibəsi qaziləri Şəhriyar Mərufov, Abdulla cəfərli, İlham Əkbərov, Vətən müharibəsi veteranı Abbas İbrahimli, gənc rəssam Pərviz Əhədov SHXÇDX-nin Astara rayon şöbəsinin Fəxri fərmanları ilə,   2022-ci ilin yekunun görə Boks üzrə “Ən yaxşı idmançı” adına layiq  görüldüyünə görə Millətlər kubokunun qalibi və 2 qat Azərbaycan birinciliyinin qalibi Bilalhəbəşi Nəzərov, boks üzrə Azəbayan birinciliyinin gümüş medalçısı Əli Məmmədov və boks üzrə qızlar arasında Azərbaycan birinciliyinin bürünc medalçısı Zeynəb Hüseynzadə, Şəhidlərin xatirəsinə həsr olunmuş yoldaşlıq görüşünün qalibləri Mehrəliyev Əli, Musazadə Fəhmin, Mehrəliyev Məhəmməd, Qurbanov Nurlan, Həsənov Abdulla Astara RGİİ-nin diplomları  ilə təltif edilmişlər. 

    Tədbirdə rayonun idarə müəssisələrinin əməkdaşları, fəal gənclər,tələbə gənclər, könüllü gənclər  gənc müəllimlər, gənc idmançılar iştirak etmişdir.

    Sonda xatirə şəkli çəkilmişdir.