Türkiyədə dəhşətli zəlzələdə ölənlərin sayı 43 min 556-ya çatıb
Astarainfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində iki yüksək maqnitudalı zəlzələ meydana gəlib.
Mərkəzi Pazarcık rayonu olan 7,7 və mərkəzi Elbistan rayonu olan 7,6 bal gücündəki zəlzələlər dəhşətli dağıntılara yol açıb.
Eyni gün Qaziantep vilayətində də 6,4 və 6,5 bal gücündə iki zəlzələ baş verib.
Zəlzələlər Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatay vilayətlərində ciddi dağıntılara səbəb olub. On minlərlə insanın hələ də dağıntılar altında olduğu güman edilir.
Axtarış-xilasetmə işləri aramsız olaraq davam edir.