17 fevral 2023-cü il tarixdə Astara Pedaqoji Kollecində Astara Rayon Gənclər və İdman İdarəsi, “İrəli” İctimai Birliyi və Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə “Gənclər siyasəti” mövzusunda tələbə gənclərlə görüş keçirilmişdir.
Görüşdə Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, “İrəli” ictimai birliyinin əməkdaşı Zümrüd Musayeva çıxış etmişlər.Çıxışlarda Azərbaycan Respublikasında “Dövlət gənclər siyasəti” sahəsində görülən işlər, bu sahədə Qeyri Hökümət Təşkilatları ilə dövlət qrumları arasında birgə fəaliyyət, həyata keçirilən layihələr, eləcədə Astara rayonunda o cümlədən Astara Pedaqoji Kollecində gənclərlə iş və idman sahəsi üzrə tədbirlər barədə geniş məlumat verilmişdir.
Tədbirdə “Gənclər siyasəti” mövzusunda və “İrəli” İctimai Birliyi fəaliyyəti barədə video-çarx nümayiş olunmuşdur.
Yekunda görüş çərçivəsində tələbə gənclərin idea və təklifləri müzakirə olunmuşdur.