23.02.2023-cü il tarixində Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”sı Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayon sektoru ilə birgə “rayonun ümumtəhsil məktəblərində şagirdlərin dərsə davamiyyəti”, “erkən nikah və fəsadları”, “riskli ailələrə daxil olan uşaqların vəziyyəti”, “uşaqların zərərli vərdişlərdən yayındırılması” mövzularında tədbir-müşavirə keçirilmişdir.

 

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın sədri Firəngiz Sadıxova, rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, rayon icra hakimiyyəti başçısı aparatının böyük məsləhətçi-“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın məsul katibi Fikrət Talıbov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayon sektorunun müdiri Ülviyyə Əliyeva, Rayon icra hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçi-“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın uşaqlarla iş üzrə məsləhətçi-psixoluqu Günel Lətifzadə, rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Fəhmin Qurbanov, Lətifə Həmidova, Vüsalə Quliyeva, rayonun ümumtəhsil məktəblərinin direktor, təşkilatçı və Uşaq Birliklərinin rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyələr iştirak etmişlər.

 

Rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın sədri Firəngiz Sadıxova, rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayon sektorunun müdiri Ülviyyə Əliyeva qeyd edilən mövzularla əlaqədar çıxış etmiş, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış və təklifləri dinlənilmişdir.