14 mart 2023-cü il tarixdə Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Fövqalədə Hallar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə qərarına əsasən təsdiq etdikləri “Şahin” hərbi idman oyunlarının 2022-ci il təsdiq edilmiş Əsasnaməsinə uyğun olaraq Astara rayon Gənclər və İdman İdarəsi, Astara rayon Təhsil Sektoru, SHXÇDX-nin Astara rayon şöbəsi və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə Astara rayonu üzrə hərbi idman oyununun Astara rayon birinciliyinin seçim mərhələsi keçirilmişdir.

Tədbirin açılış mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov, Astara rayon Təhsil Sektorunun müdiri Ülviyyə Əliyeva, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin komandiri Anar Bağırov, SHXÇDX-nin Astara rayon şöbəsinin II bölməsinin məsul işçisi, mayor Vüqar Abbasov, Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbin direktoru Rəna Məmmədova, Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, Astara Rayon Təhsil Sektorunun Hərbi və Fiziki hazırlığ üzrə metodisti, baş leytenant Rasim Cəfərov çıxış etmişlər.

“Şahin” hərbi idman oyununun rayon birinciliyinin seçim mərhələsində 14 məktəb komandası mübarizə aparmışlar.

I yerə Tüləküvan kənd tam orta məktəbinin komandası , II yerə Siyəkü kənd tam orta məktəbinin komandası, III yerə Astara şəhər 4 saylı tam orta məktəbinin komandası, fərqləndirici yerlərə Astara şəhər 3 saylı tam orta məktəbinin komandası, Astara şəhər 2 saylı tam orta məktəbinin komandası, Kijabə qəsəbə tam orta məktəbinin komandası layiq görülmüş və yarışların final mərhələsində iştirak etmək hüququ qazanmışlar.

Astara rayon birinciliyinin seçim mərhələsində fəxri yerləri qazanan komandalar Astara Rayon Gənclər və İdman İdarəsinin diplomlarına layiq görülmüşlər.