Konfransda rayon icra hakimiyyəti və YAP rayon təşkilatının rəhbər şəxsləri, müxtəlif dövlət mükafatları ilə təltif olunmuş ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Konfrans Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” sənədli filminin nümayişi ilə davam etdirilmişdir.

Konfransda Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Həbib Cəfərov, rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev, rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, Pensər kənd 2 saylı tam orta məktəbin direktoru Faiq Həsənov, Çayoba kənd tam orta məktəbin direktoru Sərraf Əhmədov, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Astara şəhər 1 saylı məktəbin direktoru Xədicə Əliyeva, Astara Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkim-travmatoloqu Cahangir Əliyev, Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Kijəbə qəsəbə tam orta məktəbin direktoru Təbrizə Rəsulova, Şuvi kənd tam orta məktəbin direktoru Adil Rzayev, rayon ziyalıları Ələsgər Əliyev, Əlikişi Əliyev və şairə Dilarə Əliyeva mövzu ilə əlaqədar çıxışlar etmişlər.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin tarixində müstəsna xidmətləri olan bir şəxsiyyət, dahi dövlət xadimi olduğu, Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə Azərbaycan dilinin əhəmiyyətinin artıdığı, milli dövlətçilik düşüncəsi, təhsilin, mədəniyyətin, xalq təsərrüfatının inkişafından ötrü böyük işlər görüldüyü vurğulanmış, 1993-cü ilin iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan xalqının tarixində dönüş nöqtəsinin yarandığını, Ulu Öndərin gəlişinin Azərbaycana müstəqillik, suverenlik, dövlətçilik, milli-mənəvi dəyərlərə qayıdışı bəxş etdiyi, ordu quruculuğuna, iqtisadi inkişafa şərait yaratdığı, təhsilin, mədəniyyətin yüksəlişinin təmin edildiyi qeyd edilmişdir.

Vahid xalqının, sarsılmaz dövlətin, xalqın öz liderinə bağlılığının formalaşmasının Ümummilli Liderin müəllifi olduğu ideologiya – “Azərbaycançlıq”la başladığı və hər məqamda bu məfkurənin Azərbaycan xalqında və dövlətində təcəssümünün nəticəsi kimi bügünkü çiçəklənən Azərbaycan, vahid Azərbaycan xalqının formalaşmasına nail olunduğu bildirilmişdir.

Konfransda Ümummilli Lider Heydər Əliyevlə görüşmüş ziyalıların xatirələri böyük maraqla dinlənilmiş, Ulu Öndərin Azərbaycan dövləti və xalqı üçün misilsiz xidmətlərindən danışılmışdır.

Sonda konfrans iştirakçıları ilə xatirə şəkli çəkilmişdir.