29 mart 2023-cü il tarixdə Bakı şəhərində Sərbəst güləş üzrə gənclər (U-20) arasında Azərbaycan çempionatı keçirilmişdir. Yarışda Astara rayon komandası Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev, Sərbəst güləş üzrə məşqçilər- Nizami Axundov, Məhərrəm Ağayev və Elçin Həmidovun rəhbərliyi ilə iştirak etmiş və yüksək nəticələr qazanmışlar.
Yarışda Azərbaycan yığma komandasının üzvləri olan astaralı idmançılar-Ramik Heybətov (61 kq) və Musa Ağayev (65 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülmüş və Azərbaycan çempionu adını qazanmışlar.
İdmançılarımızı təbrik edir və yeni zirvələr fəth etməyi arzulayırıq.