28 mart -01 aprel 2023-cü il tarixində Bakı Boks Mərkəzində keçirilən “Ümummilli Lider Heydər Əliyevin 100 illiyi”nə həsr olunan beynəlxalq turnirdə 11 ölkədən 100-dən artıq idmançı iştirak etmişlər. Turnirdə Astara Boks Mərkəzinin yetirməsi Bilal Nəzərov (46 kq) Azərbaycan milli komandasının heyətində bütün döyüşlərdə rəqiblərinə tam üstünlüklə qalib gələrək (4/1 finalda Yasur Uulu Taalaybek (Qırğızıstan) – Bilal Nəzərov (Azərbaycan) – 0:5) , 2/1 finalda Bilal Nəzərov (Azərbaycan) – Andrey Kotusov (Rusiya) – 5:0 və finalda Behruz Kurbonov (Özbəkistan) – Bilal Nəzərov (Azərbaycan) – 0:5) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və turnirdə qızıl medala layiq görülmüşdür.
Beynəlxalq turnirdə müsabiqədən kənar keçirilən 44 kq çəki dərəcəsində Astara Boks Mərkəzinin digər astaralı boksçusu Əli Məmmədov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmışdır.
Qeyd edək ki, Azərbaycan yığması turniri 3 qızıl, 1 gümüş və 13 bürünc medalla bitirmişdir. Yarışda Rusiya 34 xalla I yerə və Heydər Əliyev kubokuna sahib olmuşdur. II yerə 33 xalla Qazaxıstan komandası, III yerə 32 xalla Azərbaycan komandası layiq görülmüşdür.
İdmançılarımıza yeni uğurlar arzulayırıq.