Tədbirdə şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyələr, idarə, müəssisə və təşkilat rəhbərləri, sahibkarlar iştirak etmişdir.

Rayon icra hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, məşğulluğa kömək üzrə Əlaqələndirmə komitəsinin sədri İlqar Malıyev, rayon icra hakimiyyəti yanında məşğulluğa kömək üzrə Əlaqələndirmə komitəsinin üzvləri, rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Aqil Əhmədov, Lənkəran-Astara Regional Məşğulluq Filialının Astara Xidmət şöbəsinin müdiri Famil Mirzəyev, 9 saylı Regional Dövlət Əmək Müfəttişliyinin rəis müavini Rasim Rəhimov, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi Turan Cavadov, İqtisadiyyat Nazirliyinin Lənkəran Regional bölməsinin müdir müavini Elvin Nəhmədli, Lənkəran Regional Miqrasiya İdarəsinin inspektoru Sahib Axundlu, Astara Rayonu üzrə Maliyyə Şöbəsinin rəisi Cavid Abbasov mövzu ilə bağlı çıxışlar etmişlər.

İclasda qeyri-formal məşğulluğun qarşısının alınmasına dair görülmüş işlər, alınan nəticələr və mütərəqqi təkliflər səsləndirilmiş, sahibkarlara qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində ətraflı məlumat verilmiş, o cümlədən tədbir iştirakçılarının fikir və təklifləri dinlənilmiş, iştirakçılara maraqlı olan suallar dolğun cavablandırılmışdır.

Astara Rayonu üzrə Maliyyə Şöbəsinin rəisi Cavid Abbasov “Büdcə intizamı və büdcə nəzarəti sahəsində tədbirlərin görülməsi” mövzusunda çıxış edərək dövlətin siyasi, iqtisadi, sosial və digər çoxşaxəli vəzifələrinin yerinə yetirilməsinin dövlət büdcəsi vasitəsilə maliyyələşdirildiyini bildirmiş, ümumiyyətlə, dövlət būdcəsinin dövlətin sosial-iqtisadi funksiyalarının həyata keçirilməsində xüsusi rolunun əvəzedilməzliyi haqqında ətraflı izahatlar vermiş və maarifləndirici fikirlər səsləndirmiş, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, özəl şirkətlər, fermerlər, fiziki şəxslər və bələdiyyələr büdcə daxilolmalarına, işsizlikdən sığorta fonduna ödənişlərinə və dövlət sosial-sığorta ayırmaları məbləğlərinə münasibətdə diqqətli olması və bu istiqamətdə köçürmələrin vaxtında aparılmasını təmin edilməsinin vacibliyini qeyd etmişdir.

Tədbirdə mövzularla əlaqədar izahlı və maarifləndirici videoçarx nümayiş etdirilmişdir.