07 may 2023-cü il tarixdə Astara rayon Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunda təlim tədris kurslarını bitirən gənclərə sertifikatların təqdim olunma mərasimi keşirilmişdir. Klubun nəzdində “Kompyuter texnologiyası və internetin əsasları” təlim-tədris kurslarını 15 nəfər gənc müvəffəqiyyətlə başa vurmuşdur.

Tədbirin açılış mərasimində Astara RGİİ-nin rəis müavini İqrar Cəfərov , “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunun sədri Ceyhun Mirzəzadə çıxış etmişlər. Onlar kursu bitirən gəncləri təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamış və sertifikatları təqdim etmişlər.

“Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunun “Kompyuter texnologiyası və internetin əsasları” təlim-tədris kursunun şagirdləri kursu müvəffəqiyətlə başa vurduqlarına görə onlara sertifikatlar təqdim olunmuşdur.

Qeyd etmək lazımdır ki, “Altay” Gənclərin İntellektual-İnnovasiya klubu yarandığı 2016-cı ildən bu günədək “Kompyuter texnologiyası və internetin əsasları” və “Müasir gənclik, İngilis dili və dünyaya inteqrasiya” təlim-tədris kurslarında müvafiq olaraq 293 nəfər və 103 nəfər təhsil almışdır. 2023-cü ildə kurslarda 25 nəfər gənc komyuter texnologiyası və 18 nəfər gənc ingilis dili üzrə təhsil almış və təhsilini davam etdirir. Kurslarda gənclər ən vacib olan biliklər- informasiya texnologiyaları ilə işləməyi öyrənir və ingilis dilini mənimsəyirlər. Bu işdə onlara dəstək olan müəllimlərdən Ceyhun Mirzəzadə və Şəfa Mirzəzadə məqsədyönlü və səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif olunmuşlar.

Tədbir çay stolu və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşmışdır.