13-14 may 2023-cü il tarixlərdə Astara Olimpiya İdman Kompleksində Astara rayon Gənclər və İdman İdarəsi və Astara Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə İmaməli Hüseynovun xatirəsinə həsr olunmuş oğlanlar-2010-2013 və qızlar- 2009-2014-cü il təvəllüdlü idmançılar arasında Sərbəst güləş üzrə açıq Astara rayon turniri keçirilmişdir.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi və güləşçi İmaməli Hüseynovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Yarış əsasnaməyə uyğun olaraq 2010-2013-cü il təvəllüdlü yeniyetmə oğlanlar  və 2009-2014-cu il təvəllüdlü qızlar arasında müxtəlif çəki dərəcələri üzrə keçirilmişdir.

Yarışda  Astara, Lənkaran, Masallı, Cəlilabad , Gəncə , Salyan, Bakı  və digər şəhər və rayonları, idmançılar fəxri yerlər uğrunda mübarizə aparmışlar. Yarışda Astara rayon oğlan və qız komandası 5 nəfər I yeri, 9 nəfər II yeri və 10 nəfər III yeri qazanmışlar.

Yarışda Astara Olimpiya İdman Kompleksinin direktoru, “Azərbaycan Respublikasının Əməkdar məşqçi” si Aslan Ağayev və digər nümayəndələr iştirak etmişlər.

Sonda müxtəlif çəki dərəcələrində I, II və III yerləri qazanan idmançılar  diplom və medallarla təltif olunmuşlar.