16 may 2023-cü il tarixlərdə Astara Dənizkənarı Park Bulvar Kompleksində  “Sağlam həyat” layihəsinə uyğun Astara Rayon İcra Hakimiyyətinin, YAP Astara rayon təşkilatının, Astara rayon Gənclər və İdman İdarəsinin birgə təsdiq etdikləri “Sağlam həyat” günlərinin 18-24 yaşlı tələbələr arasında Astara rayon birinciliyi keçirilmişdir.

14 müxtəlif yaş qrupları üzrə keçirilməsi nəzərdə tutulan layihənin əsas məqsədi 9 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bakı şəhərində 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışında göstərilən tapşırıqların və əhalinin açıq havada idman ilə məşğulluğuna şəraitin yaradılması, müxtəlif yaş qruplarını əhatə edən insanların bədən tərbiyəsi və idman məşğələlərinə şüurlu tələbatını formalaşdırmaq, uşaq, yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək, böyüməkdə olan gənc nəslin orqanizminin möhkəmləndirilməsi, fiziki kamilliyinin formalaşması, onların iş, təhsilalma və öyrənmə qabiliyyətinin və vətənpərvərlik ruhunun yüksəldilməsi, ölkədə bədən tərbiyəsi və idmanı təbliğ etmək, sağlam cəmiyyətin qurulmasınına, müxtəlif yaş qrupuna aid insanların fəal uzunömürlülüyünə dəstəyi təmin etməkdir.

Yarış oğlanlar və qızlar arasında ayrıca turnikdə dartınma, paralel qollarda qolların açılıb bükülməsi, döşəməyə dayaqlı vəziyyətdə qolların açılıb bükülməsi, yerindən uzunluğa tullanmaq, 16 kiloqramlıq çəki daşını birdən qaldırma, 3 kiloqramlıq tibbi topu atmaq mərhələləri üzrə keçirilmişdir.

Yekunda qaliblər müəyyənləşmişdir. Fəxri yerləri qazanan, fərqlənən tələbələrə və müəllimlərə Astara RİH tərəfindən təsis olunmuş hədiyyələr və Astara RGİİ-nin diplomları təqdim olunmuşdur.