19-22 may 2023-cü il tarixlərdə Astara Olimpiya İdman Kompleksinin məşqçi müəllimləri Elxan Həmidov, Nizami Axundov, Loğman Ağayev və Samir Hacıyevin rəhbərliyi ilə sərbəst güləş üzrə rayon idmançıları Bakı və Cəlilabad şəhərində keçirilən açıq turnir və birincilikdə iştirak etmiş, yeni nailiyyətlər qazanmışlar.

19-22 may 2023-cü il tarixlərdə Bakı şəhərində keçirilən Abşeron rayon Gənclər və İdman İdarəsi və “ Arena” İdman klubunun birgə keçirdikləri Sərbəst güləş üzrə “Çempion” kəməri uğrunda açıq turnirdə Həmidzadə İmamrza (42 kq) III yeri və Rüstəmzadə Rüstəm (48 kq) III yeri qazanmışlar. Komandamızın məşqçiləri Elxan Həmidov və Samir Hacıyev yarış təşkilatçısı olan Abşeron rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi “Ədalətli və fəal hakim” sertifikatı ilə təltif olunmuşlar.

 

19-20 may 2023-cü il tarixlərdə Cəlilabad şəhərində keçirilən Ceyhun Həbib oğlu Ağamaliyevin anadan olmasının 50 illik yubileyinə həsr olunmuş Sərbəst güləş üzrə Cəlilabad rayon UGİM-nin açıq birinciliyində Ağazadə İlyas ( 44 kq) I yeri, Həmidzadə İmamrza (41 kq) II yeri, Möhrabov Hüseyn ( 38 kq) II yeri, Davudov Aqil (63 kq) II yeri, Ağazadə Sərxan (48 kq) III yeri, Baxşıyev Ələkbər (48 kq) III yeri, Bayramov Yusif (44 kq) III yeri, Baba Bunyamin (32 kq) III yeri, Hacızadə Tunar (29 kq) III yeri qazanmışlar. Komandamızın məşqçiləri Elxan Həmidov və Samir Hacıyev açıq birincilikdə fəal iştiraklarına görə yarış təşkilatçısı olan Cəlilabad rayon UGİM-nin Fəxri fərmanları ilə təltif olunmuşlar.

Komandamızı təbrik edir və onlara yeni uğurlar arzulayırıq.