25-29 may 2023-cü il tarixlərində   Bakı şəhərində  keçirilən Budo döyüş növləri üzrə açıq Beynəlxalq  çempionatda astaralı     idmançılar 4 qızıl və 3 gümüş medal qazanmışlar.

Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, İraq, Tacikistan, Qırğızıstan və Türkmənistan   idmançılarının mübarizə apardığı açıq Beynəlxalq çempionatda Astara rayon komandası Savat  Federasiyasının nəzdində fəaliyyət göstərən  “Astara Aslan” Əlbəyaxa Döyüş İdman Klubunun direktoru, III Dan Qara kəmər ustası  Zamin Baxşıyevin rəhbərliyi ilə iştirak etmiş və fəxri yerlər qazanmışlar.

Free kontakt versiyası üzrə astaralı idmançılardan Səmədzadə Səbinə ( 40 kq, 2010) I yeri,  Əliyev Mirzə  (50 kq, 2008) I yeri, Zeynallı Ümüd (50 kq, 2009) I yeri, Mirzəyev Orxan ( 60 kq, 2008) I yeri, Həmidzadə Sərdar ( 30 kq, 2009 ) II yeri, Yusifli Hasil ( 30 kq, 2011) II yeri, Mərufzadə Şəhriyar  (25 kq, 2010) II yeri qazanmışlar.

Yarışda Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti Eyub Zafer Gökbilen, Dünya Budo Döyüş Növləri Federasiyasının I vitse-prezidenti Faiq Rəfiyev  iştirak etmişdir.

İdmançılarımızı təbrik edir və yeni nailiyyətlər arzulayırıq.