“Heç kim əbədi qalib ola bilməz.”– Heydər Əliyev

“Cahanda hər hökmü bir zaman verir, Dünən fərman verən bu gün can verir.”– Səməd Vurğun

“İnsanın yeganə borcu var: öz yolu ilə sonuna qədər getmək. Hər şey bundadır və xatırla ki, nə vaxtsa nəsə istəsən, bütün Kainat sənin arzunun həyata keçməsinə kömək edəcək.”– Kimyagər, Paulo Coelho

“Bizim şəxsiyyətimiz bağ, iradəmiz isə bağbandır.”  – Şekspir

“Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir.” – Atatürk

“Öz işığına güvənən, başqasının parlamasından narahat olmaz.” – Hüqo

“Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər.” —KONFUTSİ

“Kitablar yaşlı insanların ən yaxşı yoldaşı, cavanların isə ən yaxşı yolgöstərənidir.”–SAMUEL SMİLES

“Elm insanın barışmalı olduğu reallığı, fəlsəfə insanın yüksəlməli olduğu idealı ifadə edir.” —Əbu Turxan

“Alimin yaradıcılığı universal zəkanın məhsuludur, filosofun yaradıcılığı isə onun öz məninin açılışıdır.” — Əbu Turxan

“Atalar sözü – qədim fəlsəfənin sağ qalmış parçasıdır.” — Aristotel

“Gedən sizin üçün çox qiymətli də olsa, qapını örtün ki, içəridə qalanlar üşüməsin.”– Paulo Koelyo

“Bilik öyrənməyi ar bilən hər kəs. Dünyada mərifət qazana bilməz.”– Nizami Gəncəvi

“Biz adətən özümüzü yox, başqalarını görürük. Özünü görməyin yolu isə özünə başqalarının gözü ilə baxmaqdır.” — Əbu Turxan

“İnsan var dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir;

insan var ki, divar kimidir, qarşında durur və heç nə görə bilmirsən;

insan var ki, şüşə kimidir – dünyanı sənə göstərməyə çalışır;

insan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır.” — Əbu Turxan

“Dünən tarixdir, sabah müəmmadır, bu gün isə bir hədiyyədir.”– Eleonora Ruzvelt