“Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər.”  (Heydər Əliyev)

“Xalq Dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”. ( Heydər Əliyev)

“Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər.”  (Heydər Əliyev)

“Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir adama lazımdır.” (Heydər Əliyev)

“Hər çətin düyünün bir əlacı var,

Səbirlə, tədriclə açılar onlar.”  (Nizami Gəncəvi)

 

“Bu dünya bir qızıl kuzəyə bənzər,

Suyu gah şirindir, gah da ki, zəhər.”  (Məhsəti Gəncəvi)

“Vətən borclu deyil, biz borcluyuq Vətənə.”  (Bəxtiyar Vahabzadə)

“Qılınc bu gün varsa, sabah pas tutar, Sözünsə qılıncı həmişə parlar.”  (Bəxtiyar Vahabzadə)

“Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən – həyatın məqsədi məhz budur.”  (Cəlil Məmmədquluzadə)

“Bütün həyatım boyunca öyrəndiyim və həmişə əməl etdiyim dərs – hər zaman cəhd etmək, heç vaxt təslim olmamaqdır.”  (Riçard Brenson)
“Həyat hərəkət deməkdir, su da axmayanda iylənir.”   (Aristotel)
“Sənin qəbahətlərini üzünə deyən düşmən, bunları gizlədən dostdan yaxşıdır.”  (Sokrat)

“Xalq qanunları, öz qalası kimi, qoruyucu divarı kimi müdafiə etməlidir.”  (Heraklit)

“Hər cür dəqiqliyin anası olan təcrübədən doğulmayan bilik barsız-bəhərsiz və səhvlərlə dolu olur.”  (Leonardo Da Vinçi)

“Kitablar yaşlı insanların ən yaxşı yoldaşı, cavanların isə ən yaxşı yolgöstərənidir.”  (Samuel Smiles)

“Gücün kimin tərəfində olması vacib deyil; vacib olan haqqın kimin tərəfində olmasıdır. “  (Viktor Hüqo)

“Heç səhv etməyən insan, heç bir şey etməyən insandır”.  (Yunus Əmrə)

“Kainatın ruhu həqiqətdir.”  (İbn Sina)

“Zaman keçdikcə sevgi atəşi səngisə də, xatirə qığılcımları onu hər dəfə yenidən alovlandırır.”  (Əbu Turxan)

“Günəş çıxanda Yer hansı hissi keçirirsə, sevgilisini görən aşiq də həmin hissi keçirir.”  (Əbu Turxan)

“Ərazi o zaman Vətənə çevrilir ki, milli ruhla canlanmış olsun.”  (Əbu Turxan)

“Ordu torpaqları, kitab könülləri fəth edir.”  (Əbu Turxan)

“Ağıllı adamlar söyləməyə sözləri olduğu üçün, axmaqlar isə danışmağa məcbur olduqları üçün danışırlar.”   (Platon)

“Səhv yoldan getməyin birdən çox yolu vardır. Amma doğru yoldan getməyin tək bir yolu vardır. Səhv etmək buna görə asan,doğrunu tapmaq isə buna görə çətindir.”   (Aristotel)