14 iyun 2023-cü il tarixində Astara Pedaqoji Kollecində Astara rayon Gənclər və İdman İdarəsi, Astara Pedaqoji Kollecinin Tələbə Gənclər təşkilatı ilə birgə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş Dama üzrə tələbələr arasında turnir keçirmişdir. Yarışda 32 tələbə mübarizə aparmışdır.
Yarışda I yerə Kamran Zülfüqarov, II yerə Şəhla Bağırova, III yerə Ramin Abdullayev layiq görülmüşlər.
Yekunda Astara Pedaqoji Kollecin direktoru Ağababa İbrahimov fəxri yerləri qazanan tələbələrə Astara rayon Gənclər və İdman İdarəsinin və Astara Pedaqoji Kollecinin diplomlarını təqdim etmişdur.