“Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur.” –Heydər Əliyev
“Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.” – Heydər Əliev
“Ədalətsizliklə ədaləti bərpa etmək olmaz.” – Heydər Əliyev
“Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz.” – Heydər Əliyev
“Tarix həmişə hər şeyi öz yerinə qoyur.” – Heydər Əliyev
“İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.” – Nizami Gəncəvi
“Quyuya salsan da yaxşılığı, bil
Yenə qayıdacaq, o itən deyil.” – Nizami Gəncəvi
“Eşq aşiqlər üçün həqiqət yolunu işıqlandırır.” – Məhəmməd Füzuli
“İnsanı böyük və ya kiçik edən, onun öz iradəsidir.”- Fridrix Şiller
“Geniş ağıla, güclü təxəyyülə və fəal ruha malik insan dahidir.” – Rene Dekart
“Qəlbimin möhürü necə açıla bilər, qırılmadan?” – Cübran
“Dünyadakı bütün peşələr insanlardandır. Və yalnız üçü Allahdandır – müəllim, hakim və həkim.” – Sokrat
“Ağıl padşahı qəfəsi qırdımı, quşların hər biri bir istiqamətə uçar.” – Mövlana
“Təkəbbür savadsızlıqdan və tamahkarlıqdan irəli gəlir.
Müdriklik həyat elminin mənimsənilməsidir.” – Əbu Turxan
“Özünə mühit yaratmayan insan ömrü boyu başqa bir mühitdə – qərib kimi yaşamağa məhkumdur.” – Əbu Turxan
“Dövlətlər insanlar kimidir, onlar da insan xarakterindən yaradılırlar.” – Platon
“Şöhrət gün işığında dayanmış ehtirasın kölgəsidir.” – Cübran
“Fəlsəfi mübahisələrdə uduzan qalibdir, çünki o, yeni bir müdriklik əldə etdi.” – Epikür
“Kamillik yalnız biliyin dərinliyində, hisslərin zənginliyində deyil, eyni zamanda iradənin qüvvəsindədir.” – Aristotel
“Həyatın qəlbinə çatanda sən gözəlliyi hər şeydə görəcəksən, hətta gözəlliyə kor olan gözlərdə belə.” – Cübran