04 iyul 2023-cü il tarixində Astara Rayon İcra Hakimiyyəti yanında “Məşğulluğa Kömək göstərən Əlaqələndirmə Komitəsi”nin təşəbbüsü ilə Astara Rayon Kijəbə qəsəbə İƏD üzrə nümayəndəliyin ərazisində yerləşən Mədəniyyət evində “Fermer təsərrüfatlarının, ailə təsərrüfatlarının, mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi ilə qeyri-rəsmi məşğulluğun aradan qaldırılması”, “Yerlərin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakının təşviqi və maarifləndirmə” və “Yerli İnvestorların üzləşdiyi problemlər və onların aradan qaldırılması” mövzularında maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, fermerlər, yerli investorlar və sahibkarlar, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.

Rayon icra hakimiyyəti başçısının müavini-“Məşğulluğa Kömək göstərən Əlaqələndirmə Komitəsi”nin sədri İlqar Malıyev, rayon icra hakimiyyəti yanında “Məşğulluğa Kömək göstərən Əlaqələndirmə Komitəsinin üzvləri, rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Aqil Əhmədov, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi Turan Cavadov, Astara DAİM-in direktoru Etibar Abbasov, Astara KOB dostu Seymur Murtuzayev və Lənkəran-Astara Regional Məşğulluq Filialının Astara xidmət şöbəsinin rəisi Famil Mirzəyev mövzu ilə bağlı çıxış etmişlər.

Tədbirdə mövzular ilə əlaqədar videoçarx nümayiş etdirilmiş, iştirak edən fermerlərə, sahibkarlara və investorlara ətraflı məlumat verilmiş, o cümlədən tədbir iştirakçılarının fikir və təklifləri dinlənilmiş, onlara maraqlı olan suallar dolğun cavablandırılmışdır.