Təngərüd kənd Diyarşünaslıq evinin və Təngərüd kənd kitabxanasının təşkilatçılığı ilə Təngərüd kənd Diyarşünaslıq evində Azərbaycan milli mətbuatının yaranmasının 148 illiyi qeyd edildi.
Tədbiri giriş sözü ilə Təngərüd kənd kitabxanasının müdiri Fəda Zahidov açaraq mətbuat işçilərinin peşə bayramını təbrik etmişdir. Daha sonra milli mətbuatın cəmiyyətimizə güclü təsirindən, müasir dövrdəki inkişafından danışmışdır.
Təngərüd kənd diyarşünaslıq evinin direktoru Tamam Haqverdiyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin mətbuatla bağlı mövqeyindən söz açmış, onun mətbuata böyük önəm verdiyini vurğulamışdır.
Tədbirə dəvət edilmiş “Astara” qəzetinin baş redaktoru Əlvan İbayev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbuatındakı rolu, mövqeyi, qayğısı və nüfuzu barədə ətraflı məlumatla çıxış etmişdir.
Sonda xatirə şəkli çəkilmişdir.