22 iyul 2023-cü il tarixində Astara dənizkənarı Park-bulvar kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayon üzrə gənclər və idman sektoru, Astara Gənclər Evi və Atletika Federasiyasının Astara rayon nümayəndəliyinin təşkilatçılığı ilə birgə velosiped idman növünün təbliği, sağlam həyat tərzinə çağırış, asudə vaxtların səmərəli təşkili məqsədilə Gənclər və İdman Nazirliyinin “İdman hamı üçün” layihəsi çərçivəsində “Velosiped hamı üçün” açıq idman yürüşü keçirilmişdir.

Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov, Astara Gənclər Evinin direktoru Emil Məmmədzadə, atletika üzrə məşqçi Rəşad Əliyev iştirak etmişlər.

Qeyd etmək lazımdır ki, Gənclər və İdman Nazirliyinin ”İdman hamı üçün” layihəsi çərçivəsində münbit hava şəraitində, əsasən, açıq havada hər həftə sonu bütün respublikada olduğu kimi Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi Astara, Lənkəran, Masallı, Cəlilabad, Lerik və Yardımlı rayonlarında müxtəlif idman növləri üzrə təlim-məşqləri , yürüşlər, ustad dərsləri, idman etüdləri nümayiş etdirilir.