“Azərbaycanda qadın hüquqlarının təbliğ olunması və qadınların ictimai iştirakçılığının artırılması mövzusunda tədbirlərin təşkili” layihəsinin PRES-RELİZİ Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir milli layihənin icrasına başlanıldı
Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində “Azərbaycanda qadın hüquqlarının təbliğ olunması və qadınların ictimai iştirakçılığının artırılması mövzusunda tədbirlərin təşkili” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 8000 (səkkiz min) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin məqsədi Azərbaycanda ailə, qadın, uşaq və gender məsələlərinin aktuallığını gündəmə gətirməklə, cəmiyətimizdə qadın hüquqlarının və qadınların ictimai iştirakçılığının təbliği və təşviqi sahəsində gənclərin, xüsusilə də, gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, habelə ailələrin dağılmasına və boşanmaların artmasına səbəb olan məişət zorakılığı ilə mübarizəni gücləndirməkdən ötrü bu istiqamətdə geniş profilaktik və preventiv tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Layihənin müddəti 3 ay olmaqla, 01 iyul – 30 sentyabr 2023-cü il tarixlərini əhatə edəcəkdir. Layihə çərçivəsində coğrafi və gender balans nəzərə alınmaqla, elektron ərizə əsasında respublika üzrə 18-35 yaş arası 22 nəfər gənc və gənc ailə təmsilçiləri üçün ailə, qadın, uşaq və gender məsələləri mövzusunda Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində 25-27 avqust tarixlərində 3 günlük nəzəri-praktik konfrans təşkil olunacaqdır.
Məlumat üçün bildirək ki, konfransda iştirak etmək istəyən gənclər MAGİYA ictimai birliyinin HYPERLINK “http://www.epsaya.az” www.epsaya.az adlı internet səhifəsinin “Yeniliklər” bölümünün “Elanlar” hissəsində ( HYPERLINK “http://www.epsaya.az//view_elan.php?id=210” http://www.epsaya.az//view_elan.php?id=210) yerləşdirilən müvafiq elektron ərizə formasını (https://docs.google.com/forms/d/e/1FAIpQLSeUxbKZAWYxcLTIxAQDgBiOL9NUmHNftElJSL9-uAfoJ838yg/viewform) 11 avqust 2023-cü il, saat 24.00-adək dolğun formada doldurub göndərməlidirlər. Müvafiq nəticələr 20 avqust 2023-cü il tarixində açıqlanacaqdır.
Əlavə edək ki, 3 günlük tədbir zamanı nəqliyyat xərcləri istisna olmaqla, bütün iştirakçıların çay-kofe, yemək və oteldə qalmaq xərcləri (3 gecə) layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən ödəniləcəkdir.
AZƏRBAYCAN RESPUBLİKASININ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
“MAARİFPƏRVƏRLİK” AZƏRBAYCAN GƏNCLƏRİNİN İCTİMAİ YARDIM ASSOSİASİYASI (MAGİYA) ictimai birliyi