09 avqust 2023-cü il tarixində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mərasim Hacıyev və şöbənin məsul işçiləri, məktəb direktorları, müəllimlər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafında göstərdiyi misilsiz xidmətləri barədə geniş məruzə ilə çıxış etmişdir.

Tədbirdə Şuvi kənd tam orta məktəbinin direktoru Adil Rzayev, Ərçivan qəsəbə 4 saylı tam orta məktəbin əməkdaşı Əlihəsən Baxşıyev, Pəlikəş kənd tam orta məktəbinin müəllimi Rakim Zeydullayev, Astara şəhər 1 saylı tam orta məktəbin müəllimi Babazadə Gülayə mövzu ilə əlaqədar çıxış etmişlər.