Xəzər dənizinin sahilində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektoru, “Astara Aslan ”Əlbəyaxa Döyüş İdman Klubunun təşkilatçılığı ilə idman növünün təbliği, sağlam həyat tərzinə çağırış, asudə vaxtların səmərəli təşkili məqsədilə “İdman hamı üçün” layihəsi çərçivəsində “Savat hamı üçün” təlim məşqləri keçirilib. Təlim məşqlər Savat Federasiyasının “Astara Aslan ” Əlbəyaxa Döyüş İdman Klubunun direktoru Zamin Baxşiyevin rəhbərliyi ilə keçirilmişdir.
Məlumat üçün qeyd edək ki, Gənclər və İdman Nazirliyinin ”İdman hamı üçün” layihəsi çərçivəsində, əsasən, açıq havada hər həftə sonu bütün respublikada olduğu kimi Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi Astara, Lənkəran, Masallı, Cəlilabad, Lerik və Yardımlı rayonlarında müxtəlif idman növləri üzrə təlim-məşqlər , ustad dərsləri, idman etüdləri nümayiş olunur.