22 avqust tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov Lənkəran şəhər Heydər Əliyev Mərkəzində regionun bir sıra media nümayəndələri ilə Regional İdarənin bir illik fəaliyyəti ilə bağlı görüş keçirmişdir. Görüşdə 29 medianın müxtəlif nümayəndəsi iştirak etmişdir.

Görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov idarənin bir illik fəaliyyəti dövründə görülmüş işlər-  vətəndaş müraciətləri, şagird nailiyyətləri, direktor, direktor müavinləri və başqa texniki işçilərin işə qəbulu müsabiqəsi, müəllimlərin işə qəbulu, sertifikasiya və ali məktəblərə qəbul imtahanlarının nəticələrinin təhlili, idarənin tabeliyində olan bir sıra məktəblərdə təmir və yenidənqurma işlərinin aparılması, məktəblərdə istilik sistemi təchizatı, məktəbli formasına keçid və digər məsələlər barədə hesabat xarakterli məlumat vermişdir.

Sonda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, Astara dənizkənarı park-bulvar kompleksində keçirilən təhsil festivalında göstərdikləri dəstəyə görə bir sıra media nümayəndəsi təltif ediilmişdir.