14-18 avqust 2023-cü il tarixlərində Honq Konqda Çin döyüş növləri üzrə 15-ci beynəlxalq yarış keçirilmişdir. Vinq Çun üzrə 11-ci dünya çempionatında Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının təşkilatçılığı ilə ölkəmizi təmsil edən 12 idmançısı 6 qızıl və 4 gümüş medal qazanmışlar. Milli komandamızın tərkibində astaralı idmançı Axundov Məhəmmədəli Ceyhun oğlu 56 kq çəki dərəcəsi üzrə yeniyetmələr arasında Vinq-Çun-kontakt üzrə Dünya çempionu olmuş və qızıl medal qazanmışdır.